Məşhur model qatil oldu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur model qatil oldu - FOTOLAR

Mişel Vinterbootumun rejissorluq etdiyi “Mələk üzlü qatil” filmi İstanbul film festivalında göstəriləcək.

Filmdə baş rolları cazibədar modellər Kara Delevin, Daniel Brühl və Keyt Bekinseyl oynayıb. Baş rolda çəkilən Kara Delevin filmdə Amanda Noks rolunu oynayır.

Publika.az xəbər verir ki, film real hadisələr əsasında çəkilib. Belə ki, rejissor filmi Meredith Kerchnerin 2007-ci ildə İtaliyada vəhşicəsinə öldürülməsindən təsirlənərək çəkib. Filmdə Meredith Kerchneri öldürməkdə günahkar bilinən Amanda Noksun hekayəsi izah edilir.

İddialara görə, modeli onun rəfiqəsi Amanda Noks öldürüb. Bu hadisədən sonra Noks mediada "mələk üzlü qatil” kimi tanınır. Lakin bir müddət sonra əsas qatil tapılır və Amanda Noks məhkəmədə bəraət qazanır.

Bu hadisələrdən sonra Amanda Noks ABŞ-a köçür, sevgilisi ilə nişanlanır və jurnalist kimi fəaliyyət göstərməyə başlayır. Hətta o, ilk kitabından 4 milyon dollar qazanır. ABŞ-da insanlar onun günahkar olduğunu düşünmür. Ölən Meredith Kerchner isə tamamilə unudulur...

22 yaşlı ingiltərəli məşhur model Kara Delevin filmdəki oyunu ilə filmin cazibəsini ikiqat artırır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm