• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Elza Seyidcahan: “İndi qızla gəlini bir-birindən ayırmaq olmur”

Elza Seyidcahan: “İndi qızla gəlini bir-birindən ayırmaq olmur”

Əməkdar artist Elza Seyidcahan indiki qızların vaxtından tez üz cizgilərinə əl gəzdirmələrindən gileylənib.

Publika.az xəbər verir ki, ATV telekanalında əsəblərinə hakim kəsilə bilməyən Seyidcahan öz qızını hər kəsə örnək gətirib.

“İndiki qızların üzünə baxırsan, bilmirsən ərə gedib, ya yox. 15 yaşı var - qaşını da alır, qaynaq da edir. Əvvəllər qızın üzünə baxanda bilirdin ailə qurub, ya yox. İndi qız ilə gəlin bir-birindən seçilmir. Mən də evdə qız uşağı böyüdürəm. Biz 4 bacıyıq. Məlum məsələlər var ki, qız onu ailə qurduqdan sonra edər. Mənim 2 bacımdan biri 28, digəri isə 29 yaşında adət-ənənə ilə ailə qurdu. Baxın mənim qızıma. 26 yaşı var. Ona deyirlər sən niyə belə etmirsən? Sən Elza Seyidcahanın qızısan. Qız ailə qurana kimi ismətini saxlamalıdır. Kitab oxuyan qızın başı qaynağa qarışmayacaq”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR