• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Faiq Ağayevi soyqırımına məruz qoyan nədir?

Faiq Ağayevi soyqırımına məruz qoyan nədir?

Xalq artisti Faiq Ağayev səhər verilişlərinin qonağı olmağı xoşlamır. Publika.az xəbər verir ki, ifaçı bu haqda Xəzər telekanalına açıqlama verib.

“Mənim üçün səhər oyanmaq soyqırımına məruz qalmaq kimi bir şeydir. Səhər saat 5-də yatan insan üçün 8-də yuxudan oyanmaq çox çətindir”.

Xalq artisti həmçinin şou-bzinesdə rəqabətin olmamasından gileylənib.

“İncəsənət dalğavaridir. Görürsünüz ki, pik nöqtəyə gəlir, sonra edir. Amma o dalğa yenidən qalxacaq. Məsələn, biz səhnəyə gələndə heç kəs bilmirdi ki, Röya, Zamiq və s. müğənnilər səhnəyə gələcəklər. Bunların da mütləq davamı olacaq. Gənclər şou-biznesin daha çox biznes, toy tərəfinə meyilli olduqlarından, rəqabət də yoxdur. Əvvəllər bütün Azərbaycan müğənnilərin mahnısı orijinal idi. Heç kəs deyə bilməzdi ki, bu filan türk müğənninin mahnısının aranjemanına bənzəyir. Məsələn, 1996-cı ildə ifa etdiyim “Aldatdı məni” mahnım. Sinəmə döymək üçün demirəm. Amma həmin dövrdə o tipli mahnı yox idi ki, biz kimdənsə “kopiyalayaq”. İndi bir sıra müğənnilərimiz ərəb, türk fars boğazları, onların aranjemanlarının təkrarlayırlar. İndi müğənnilər aranjemançılardan tələb etməlidir ki, elə işlə ki, xaricilər bizdən götürsünlər”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR