• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Birlik üçün oxu”dan bayram təbriki

“Birlik üçün oxu”dan bayram təbriki

Azərbaycanda çox sevilən “Birlik üçün oxu” layihəsi növbəti dəfə unudulmaz əsərlərimizi yeni aranjimanda təqdim edib.

Publika.az-ın məlumatına görə, gənclər musiqisi Tofiq Quliyev, sözləri Rəsul Rzaya məxsus “Sənə də qalmaz” əsəri, musiqisi Fikrət Əmirov və sözləri Teymur Elçinə məxsus “Göy-göl” əsəri ilə sevənlərinin qarşısına çıxıblar.

Layihənin budəfəki klipində Türkiyə, İsveçrə, İngiltərə, Rusiya olmaqla müxtəlif ölkələrdən iştirakçılar çəkiliblər. Eyni zamanda layihəyə “Baku Project” qrupu, müğənnilər Lalə və Nurkan cütlüyü, Nadir Bayramlı, məşhur “O səs Türkiyə” yarışmasından tanıdığımız Elgün Quliyev dəstək veriblər.

"Birlik üçün oxu" layihəsi ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış "Playing for Change" (Dəyişiklik üçün çal) layihəsindən və Türkiyədə reallaşdırılmış "Doğa için çal" (Təbiət üçün çal) layihələrinin Azərbaycan versiyasıdır. Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.

Layihə Müsbət Dəyişiklik Gənclər Hərəkatı könüllü dəstəyi ilə reallaşdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR