Aygün “O Səs Türkiyə”də münsif olacaq?
Bizi izləyin

Tabloid.az

Aygün “O Səs Türkiyə”də münsif olacaq?

Aygün “O Səs Türkiyə”də münsif olacaq?

“Popstar Türkiyə” yarışmasının finalçısı, tanınmış rejissor Kənan MM-in həyat yoldaşı Aygün Şükürova Türkiyənin ən səs-küylü layihəsi “O Səs Türkiyə”-nin münsifi olmaq istəyir.

Müğənni Publika.Az-a bu barədə açıqlama verən müğənni belə deyir:

“ Bir ay bundan öncə həyat yoldaşım Kənanla bu məsələ haqqında danışmışıq. O qeyd etdi ki, gəl, “O Səs Türkiyə” yarışmasına qatıl. Mən qatılmaq istəmədim.

Əslində, o müsabiqəni çox sevirəm və izləyirəm. Mən elə bir yarışmaya qatılmışam ki, məni orda çox yaxşı tanıyırlar. Ora yeni sənətə başlayan müğənnilər üçündür.

Jüri dəvət etsələr gedərəm. Onlar məni jüri kimi də dəvət edərlər. İnanın mənə ki, düz deyirəm. Onlar məni çox sevirlər. Ailə ilə iş heç uyğun gəlmir”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm