Azərbaycanlı prodüserin sirr saxladığı dünya turu layihəsi - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı prodüserin sirr saxladığı dünya turu layihəsi - FOTO

“Yeni mədəniyyət layihəsi üzərində çalışıram. Layihə insanların yaradıcı düşüncəsinə müsbət təsir edəcək”.

Bunu Publika.az-a açıqlamasında prodüser və aparıcı Humay Muxtarova deyib. O, layihənin dünyanın bir neçə ölkəsində gerçəkləşəcəyini və layihənin əsas qəhrəmanı olduğunu bildirib: “Bayağılıqdan tamamilə uzaq, sırf yaradıcı layihənin üzərində çalışıram. Yaradıcı iş milli mədəniyyətimizin təbliğatına həsr olunub. Bununla əlaqədar olaraq Kanadaya, Dubaya, Avstriyaya və başqa ölkələrə səfərə hazırlaşıram. Bu barədə geniş danışmağa ehtiyat edirəm. Səbəb isə fikir oğrularının hədəfində olmağımdır. Amma hazırda başım bu möhtəşəm layihəyə qarışdığından, prodüser fəaliyyətimə qismən fasilə vermişəm”.

H.Muxtarova onu da qeyd edib ki, bir müddətdən sonra telekanalların birində yeni verilişin aparıcısı olacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm