Nazpərinin bacısı: “Nəzakətlə bir çarpayıda yatdıq”
Bizi izləyin

Tabloid.az

Nazpərinin bacısı: “Nəzakətlə bir çarpayıda yatdıq”

Efirlərdə nadir hallarda görünən xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva ANS telekanalının qonağı olub. Publika.az xəbər verir ki, müğənni bayram əhval-ruhiyyəli konsertlərdə iştirak edəcəyindən danışıb.

"Bütün bayramı konsert proqramlarında iştirak edəcəyəm. İcra hakimiyyətlərinin təşkil etdiyi və hərbi hissələrdə konsertlərdə olacağam".

Müğənni həmçinin tamaşaçı kimi verilişləri izlədiyini, bəzi həmkarlarının gənc yaşında lentə aldırdığı mahnılarından indi də istifadə etməsini tənqid edib: "Bir sıra müğənnilərimiz var ki, verilişlərdə köhnə səs yazılarından istifadə edir. Bu, düzgün deyil. Fonoqramdan gələn səs heç müğənninin xarici görünüşü ilə də uyğun gəlmir”.

Hazırda konsert verməyən müğənni əvvəllər konsertlərdə fəal iştirak edirmiş: "“Əvvəllər qastrol səfərlərinə tez-tez gedərdik. Müxtəlif şəhərlərdə konsertlər verərdik. Həmin konsertlərin müqabilində qonorar vermirdilər. Yemək içmək, bir də qonaq otağı verərdilər”.

Müğənni qastrol səfərlərində başına gələn maraqlı əhvalatdan da söz açıb.

“Rəhmətlik Şövkət Ələkbərova, Nəzakət Məmmədova və mənə 1 otaq verdilər. Otaqda 2 çarpayı var idi. Şövkət xanım tək yatdı. Mən də Nəzakət xanımla baş-ayaq yatdıq. İndi hər şey fərqlidir. Otellər var və müğənnilər daha fərqli şəraitdə qarşılanır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm