Azər Axşamdan atmaca: “Deyir bomba oğlanam...” - FOTO
Bizi izləyin

Tabloid.az

Azər Axşamdan atmaca: “Deyir bomba oğlanam...” - FOTO

Aktyor Azər Axşam Azərbaycanda çəkilən komediya filmlərindən narazıdır.

Giley-güzarını Publika.az-la bölüşən aktyor çəkilən filmlərin ssenari cəhətdən uğursuz olduğunu bildirib: “Biz aktyorlar həmişə istəmişik ki, uğurlu ssenariləri olan filmlərə çəkilək. Təəssüf ki, bizdə belə mükəmməl ssenarilər yazılmır. “KVN”-çilərin dili ilə desək, “şutkalar” çəkilir. Çox vaxt da bu “şutkalar” tamaşaçıya bayağı təsir bağışlayır. Biz ssenarinin ana xəttinə uyğun olan zarafatlardan istifadə etməliyik. Gülüş xatirinə olan zarafatlardan qaçmalıyıq. Bir də görürsən kimsə filmə çəkilib və orda-burda öyünür ki, baxın necə bomba oğlanam, bomba zarafatlar etmişəm. Baxırsan ki, həmin bomba zarafatın heç ssenariyə dəxli də yoxdur. Filmin özülündə ssenari olmalıdır. Buna görə də film bir dəfə nümayiş olunanda yadda qalır. Tamaşaçı kinoteatrı tərk edib gedən kimi filmi də unudur”.

Azər Axşam onu da bildirib ki, belə zarafatlara görə çox vaxt insanlar ailəvi şəkildə kinoteatra gedib, film izləyə bilmirlər: “Aktyor o vaxt şitlik edir ki, oynamağa bir şey yoxdur. Nəticədə də tamaşaçını itirir. Ailələr gəlib həmin filmi kinoteatrdan izləyə bilmir. Utanırlar.”

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm