Faiq Ağayev ona dəstək olan şəxslərin adlarını açıqladı
Bizi izləyin

Tabloid.az

Faiq Ağayev ona dəstək olan şəxslərin adlarını açıqladı

Xalq artisti Faiq Ağayev “Günaydın” verilişinin qonağı olub. Müğənni sənətdə ona dəstək olan şəxslərdən danışsa da, həmin dəstəyin lazimi qədər olmadığını da bildirib.

“Mənə ilk dəstəyi bəstəkar Eldar Mansurov verib. Hətta 1991-ci ildə onun yazdığı “Novruzum” mahnısını 24 ildən sonra yeni aranjeman etdirib bu gün ifa edirəm. O, mənə çox yardım edib. Ağsaqqal rejissorumuz Nazim Zeynalov mənə yardım edib. Keçmiş mədəniyyət nazirimiz Polad Bülbüloğlu mənə dəstək olub. Çox kömək ediblər. Amma istədiyim və lazım olan qədər olmayıb. Ona görə yeni və gənc müğənniləri görəndə deyirəm “Yetər! Qoy, onlar mənim çəkdiyimi çəkməsinlər”. İmkanım varsa çalışıram kömək etməyə”.

Gənc musiqiçilərdən ibarət olan “Dostlar” qrupuna dəstək olan xalq artisti onlarla iş birliyindən də söz açıb.

“Dostlar” qrupundan mənə Sami ilk dəfə müraciət etdi. Daha sonra Əhməd ilə danışdıq. Mənə bir neçə mahnı göndərmişdilər. Demo versiyaları dinləyib dedim yalnız bir mahnı ifa edəcəyik. Onları canlı dinlədim, xoşuma gəldi və duet ifa etdik”.

Qeyd edək ki, “Günaydın” verilişi 14:20-də Space telekanalında Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm