Baloğlan: “İndikilər Sibel Canla bir yerdə olanda şəkil çəkib paylaşır”
Bizi izləyin

Tabloid.az

Baloğlan: “İndikilər Sibel Canla bir yerdə olanda şəkil çəkib paylaşır”

Müğənni Baloğlan Əşrəfov gənc müğənniləri ucuz vasitələrlə gündəmə gəlməkdə qınayıb. Publika.az xəbər verir ki, bu haqda ifaçı ATV telekanalına açıqlama verib.

“Mən dəfələrlə Sibel Canla eyni məclisdə olmuşam. Bunu şişirtmirəm. Çünki mən də müğənniyəm. İndikilər Sibel Canla bir yerdə olanda şəkil çəkib paylaşır. Belə şeylərlə özlərini reklam edirlər”.

Sovetlər dövründə 6 aydan bir teleməkana çıxmaq şansının olmasından danışan Əşrəfov, indi məşhurlaşmağın çox asan olduğunu deyib: “Bizim dövrdə cəmi 1 kanal var idi. Orada da 6 aydan bir çıxa bilərdin. İndi isə bir gündə 6 kanala da çıxa bilərsən. İndi məşhurlaşmaq çox asandır. Amma biz gec-gec çıxsaq da, bir mahnı ilə məşhurlaşmışıq. Niyaməddin Musayev “Şahnaz” təsnifi ilə, mən isə “Ay uçan quşlar” mahnısı ilə bir gündə məşhurlaşdıq. O mahnıdan sonra telekanala minlərlə məktub gəldi. Bundan sonra mütəmadi olaraq məni televiziyaya qonaq dəvət edirdilər”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm