Rihanna: “Mən belə addım ata bilmərəm” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rihanna: “Mən belə addım ata bilmərəm” - FOTOLAR

Ötən həftə internetdə ən çox müzakirə olunan xəbərlərdən biri Rihannanın 23 yaşlı fanatı Sara Ric idi. Britaniyalı qız bədəninə Rihanna ilə bağlı 22 döymə döydürüb.

Publika.az xəbər verir ki, ifaçı xarici mətbuata son müsahibəsində həmin qız haqqında danışıb.

“Bilirsiniz, bir neçə il bundan öncə o qız mənə yaxınlaşaraq qolunda avtoqraf verməyimi istədi. Sabahı gün biz onunla yenidən təsadüfən görüşdük. Həmin avtoqrafım artıq döymə halında onun qolunda idi. Nə deyə bilərəm, deyəsən o, artıq dayana bilmir”.

Müğənni belə bir addımı özünün ata bilməyəcəyini də vurğulayıb: "“Mən belə addım ata bilmərəm. Amma mən mühakimə edə bilmərəm – biz hamımız fərqliyik. O, mən deyiləm”.

Qeyd edək ki, Sara 10 ildir müğənninin fanatıdır. Müğənni qoluna, sinəsinə kumiri ilə əlaqəli döymələr etdirib. Təkcə kürəyində Rihannanın 5 şəklini döydürüb. Bütün bunlara Sara 100 min funt sterlinq pul xərcləyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm