Qızına görə 43 il kişi paltarı geyən qadın - FOTO
Bizi izləyin

Tabloid.az

Qızına görə 43 il kişi paltarı geyən qadın - FOTO

Misirin Luhor şəhərində bir ana qızını böyütmək üçün 43 il kişi qiyafətində işə gedib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 64 yaşındakı ana Misir hökuməti tərəfindən “ilin anası” seçilib.

Sisa Abu Daoh adlı qadın 21 yaşında evləndikdən qısa bir müddət sonra həyat yoldaşını itirib. Həmin vaxt hamilə olan Sisa qadın olaraq iş tapmağın az qala qeyri-mümkün olduğunu bildiyi üçün kişi qiyafətinə girməyə qərar verib.

O, həmin vaxtdan tikintidə, tarlalarda və təmizlik işlərində çalışıb. Qızı ilə evlənən adamın iflic olmasından sonra isə Sisa onları da saxlamaq məcburiyyətində qalıb. O, hələ də Luhor qatar stansiyasında və yenə də kişi qiyafətində işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm