• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Eurovision 2015”-in qalibi bəlli oldu - VİDEO

“Eurovision 2015”-in qalibi bəlli oldu - VİDEO

“Eurovision 2015” musiqi yarışmasının başlamasına 2 ay qalsa da, bukmeyker sayt “Oddschecker” artıq qalibin adını açıqlayıb.

Məlum olub ki, saytın istifadəçilərinin əksəriyyəti İsveçrə təmsilçisini qalib olaraq görüb. Həmin ölkəni bu il Mons Zelmerlyov “Hereos” mahnısı ilə təmsil edəcək.

Publika.az xəbər verir ki, saytın istifadəçiləri təkcə bəstəni deyil, mahnının mövzusunu da müsbət dəyərləndiriblər.

Səsvermənin nəticələrinə görə, ikinci yerdə II Volo qrupu qərarlaşıb. İtaliya təmsilçiləri “Grand Amore” adlı mahnı ifa edəcəklər.

Bukmeykerlərin fikrincə, ilk üçlüyü Estoniya bağlayacaq. Bu il Estoniyanı Elina Born və Stig Rasta cütlüyü “Goodbye to Yesterday” mahnısı ilə təmsil edəcək.

Azərbaycanın yeri isə ilk üçlükdən o qədər də uzaqda deyil. Bukmeykerlərin fikrincə, bu il ölkəmiz 4-cü olacaq.

Qeyd edək ki, bu il Azərbaycanı adıçəkilən musiqi yarışmasında Elnur Hüseynov “Hour of the wolf” mahnısı ilə təmsil edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR