Dünən gecə Nizami kinoteatrında həyəcan yaşandı - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünən gecə Nizami kinoteatrında həyəcan yaşandı - Fotolar

Dünən gecə Nizami kinoteatrında həyəcan yaşandı

“Mən, bu günə qədər elə bilirdim ki, dünyanın ən gözəl şəhəri Parisdir. Amma Bakıya gələndən sonra fikrim tamam dəyişdi. Dünyanın ən gözəl şəhəri Bakıymış”-Alman kinemotoqrafı bu xoş fikirləri dünən Nizami Kino Mərkəzində söylədi. "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin təqdimat mərasiminin açılış mərasimində. Bəli, həmin vaxt paytaxtın ən müasir kinoteatrı həyəcan içində idi. Yeni filmin təqdimat mərasimi keçirilirdi.

Publika.az-ın da qatıldığı həmin premyerada kimlər yox idi kimlər… Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı, yazıçı Kamal Abdulla, rejissor Azərpaşa Nemətov, aktyorlar Rasim Balayev, Fəxrəddin Manafov, millət vəkili Nizami Cəfərov, bəstəkar Ramiz Mirişli və digərləri…

Film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar.

1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar.

Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alıb.

Rejissor Almaniya xalqı ilə bağlı mövzuların ona yaxın olduğunu bildirdi: “Atam Mir Əsədulla Mirqasımov alman dilini çox yaxşı bilirdi və alman klassik ədəbiyyatına dərindən bələd idi. Almaniyada dəfələrlə olmuşdu. Atamın təhsil almasında almanlar yaxından iştirak ediblər. O, Almaniya mədəniyyəti ilə bağlı insan olub.

Uşaqlıqdan mən də alman dilini öyrənirdim. Həmçinin qohumlarımız arasında almanlar olub. Böyük qardaşımın həyat yoldaşı alman idi. Mən də özümü alman mədəniyyətinə yaxın hiss etmişəm.

Bundan başqa, yazıçı Çingiz Ələkbərzadənin "Alman şərabı" adlı povestini oxuduqdan sonra almanların Azərbaycandakı yaşayış yerləri məni maraqlandırmağa başladı. Uzun zamandır ki, bu mövzu məni narahat edirdi və zaman-zaman ssenari üzərində işləyirdim”.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq Artisti Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail).

Filmdə Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gtləcə də, gürcüstanlı aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

Baxmağa dəyər, ruhunuzun və zövqünüzün pasını amaq istəyirsinizsə, filmi izləməyə tələsin.

Cəvahir Səlimqızı

Foto:Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm