Ebru Şallı ilə Sinan Akçılın ayrılmasına bu gözəl səbəb olub – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ebru Şallı ilə Sinan Akçılın ayrılmasına bu gözəl səbəb olub – FOTOLAR

Məşhur müğənni Sinan Akçılla aparıcı və model Ebru Şallının xəyanət üzündən ayrıldığını xəbər vermişdik. İddialara görə, Ebru Şallı Sinanın telefonunda başqa bir qadından gələn mesajları oxuyub və ayrılmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, cütlüklə bağlı yayılan dedi-qoduların ardı-arası kəsilmir. İndi də Sinana sevgi mesajları yazan qadının kimliyi üzə çıxıb. Belə ki, Sinanın Ebruya müğənni Ayşə Özdemir ilə xəyanət etdiyi deyilir.

Eyni musiqi şirkəti ilə əməkdaşlıq edən Sinanla Ayşə Özdəmir əvvəllər iş üçün bir araya gəliblər. Bundan qısa müddət öncə Sinan Ayşənin albomu üçün iki mahnı bəstələyib. Bu zaman aralarında yaxınlaşma olub. Ayşə Özdəmir Sinana “Ebrudan ayrılmasan, səninlə birlikdə ola bilmərəm. Ondan ayrıl, sonra gəl!” deyib. Ancaq yaxın rəfiqələri onun “Sinanla bir müddətdir ki, görüşürük. Bir-birimizi tanımağa çalışırıq”, - dediyini iddia edirlər.

Bu dedi-qodulara Sinan Akçılın nə reaksiya verəcəyi maraqla gözlənilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm