Dul qadınların həyatı yeni serialın mövzusu olacaq - VİDEO\FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dul qadınların həyatı yeni serialın mövzusu olacaq - VİDEO\FOTOLAR

Yaxın günlərdə Azərbaycan teleməkanında yeni serial tamaşaçıların ixtiyarına veriləcək.

Layihənin mətbuat katibi Fuad Mədətovun Publika.az-a verdiyi məlumata görə, “AFA production”un istehsalı olan “Şən dullar” adlı bədii serialda Azərbaycanın tanınmış aktyorları iştirak edir. Komediya janrında olan serialın ərsəyə gəlməsinin ideya müəllifi Raid Abbasovdur. O həmçinin filmin quruluşçu rejissorudur.

İlkin versiya 45 dəqiqə olmaqla, 24 hissədən ibarət serialın ssenari müəllifi Yeganə Kərimzadə, baş prodüseri Ruslan İsmayılov və quruluşçu operatoru Hüseyn Bağırovdur.

Rollarda Sənubər İsgəndərli, Mehriban Səfərova, Gülnarə Abdullayeva, Nigar Güləhmədova, Mətanət Əhmədova və başqaları çəkilib.

Yeganə Kərimzadə film ilə bağlı qısa məluumat verib. O, serialın əsas qəhrəmanlarından danışıb:

“Yaşadığımız zaman öz keşməkeşləri, dolambacları, mənəvi və maddi borclarıyla nəinki kişilərin, eyni zamanda qadınların da çiyinlərinə ağır yük qoyub. “Cənnətdən qovulmuşlar” əsərinin qəhrəmanı olan mərd, məğrur, eyni zamanda zərif qadınlar bütün çətinliklərdən mərd-mərdanə, həyatın üzünə gülə-gülə sivişib çıxmağı bacaran beş rəfiqə, beş dul qadındır. Onlar bəzən zəif, yeri gələndə zərif, lazım gəlsə, cəsur xanıma çevrilirlər. Əsərdə müasir Azərbaycan xanımlarının obrazı yer alıb. Onlar mənliklərini hər şeydən uca tutan, dostluğa sadiq, eyni zamanda bir az qeybətcil, bir az sözbaz olsalar da, mahiyyət etibarı ilə sadəcə qadındırlar... Əsər incə yumorla cilanlansa da, həyatın özüdür: - burada gülüş və kədər, eşq və xəyanət var”.

Onu da qeyd edək ki, “Şən dullar” serialının tanıtım video çarxı hazırdır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm