Mənsum İbrahimov tələbəsi ilə Macarıstanda çıxış etdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mənsum İbrahimov tələbəsi ilə Macarıstanda çıxış etdi - FOTOLAR

Xalq artisti Mənsum İbrahimov və tələbəsi Vüsalə Rəcova martın 17-də Azərbaycanın Macarıstandakı səfirliyində Novruz bayramına həsr edilən konsert proqramında çıxış ediblər.

V.Rəcovanın Publika.az-a verdiyi məlumata görə, musiqiçilər xalq mahnıları, muğamlar səsləndiriblər. Hər iki ifaçının repertuarı və sonda birlikdə səsləndirilən “Qarabağ” mahnısını coşqu ilə qarşılanıb. Onları tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Qeyd edək ki, tədbirdə Budapeştdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporu, macar ictimaiyyətinin nümayəndələri iştirak edib. Səfir Vilayət Quliyev Novruz ənənələrindən, bu bayramın xalqımızın mənəvi-estetik dünyasındakı rolundan söz açıb.

Növbəti gün, martın 18-də isə Şuşa Rayon İcra Hakimiyyətinin və Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Cöncöş şəhərində “Şuşa günü” keçirilib. XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı və Vüsalə Rəcova konsert proqramı ilə çıxış ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm