Xəyyamın Zinyet Sali ilə dueti - FOTOLAR/VİDEO
Bizi izləyin

Tabloid.az

Xəyyamın Zinyet Sali ilə dueti - FOTOLAR/VİDEO

Azərbaycanlı müğənni Xəyyam Nisanov çoxdan gözlənilən Türkiyə layihəsini ötən gün həyata keçirib. Belə ki, həmyerlimiz türkiyəli həmkarı Zinyet Sali ilə işbirliyinə imza atıb.

Publika.az xəbər verir ki, müğənnilər "ENBE" orkestrinin müşayiəti ilə səhnəyə çıxaraq "İstanbul səsləyir bizi" mahnısını duet şəklində ifa ediblər.

Yaxın günlərdə cütlük duet mahnıya klip də çəkdirəcək. Klipin rejissoru isə Türkiyənin ən məşhur müğənniləri - Ajda Pekkan, Gülben Ergen, Ebru Gündeş kimi ifaçıların kliplərini çəkən rejissor Nihat Odabaşı olacaq.

Maraq üçün bildirək ki, mahnını bir neçə il öncə Xəyyam özü "İstanbul" adı ilə solo ifa edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm