• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

25 kq. arıqlayan Sevincdən pəhriz məsləhəti

25 kq. arıqlayan Sevincdən pəhriz məsləhəti

Novruz bayramı ən kalorili bayramımızdır, desək, yanılmarıq. Çünki bu bayramın əsas atributlarından olan şəkərbura, paxlava, qoğalın tərkibində olan kalori gündəlik rasionumuza daxil olan qidaların ümumi kalorisindən çoxdur.

Bəs, formada qalmaq üçün daim pəhrizdə olan məşhurlar çəki almadan bayramı necə qeyd edəcək?

Müğənni Sevinc Ağaşirinova Publika.az-a açıqlamasında deyib ki, bayramda ürəyi istəyəndən yeyəcək. Onun sözlərinə görə, 5 ay ərzində əziyyət çəkərək həyata keçirdiyi pəhriz proqramı ona bu imkanı verəcək. Formada qalmaq üçün qida rasionunda kalorisi az olan qidalara üstünülk verən müğənni bayramda heç nədən çəkinmədən yeyəcək:

“Ana olduğum ərəfədə çəkim 80 kq.-a çatmışdı. İndiki görünüşümə nail olmaq üçün 5 ay əziyyət çəkməli oldum. Səhərlər ancaq pendir və qaynanmış yumurta, bir az da pomidor, xiyar yeyirdim. 4 ay çörək və şirniyyatdan imtina etməli oldum.

Günorta demək olar ki, qidalanmırdım. Saat 5-dən sonra salat və qaynadılmış kartof yeyirdim. Kartofu qaynadılmış toyuqla da əvəzləmək olar. Həftədə 2 dəfə isə çörəksiz kabab yeyirdim.

Axşamlar ancaq meyvə ilə qidalanırdım. Həftənin 4 günü fitnes məşqlərinə gedirdim. İdman məşqlərindən sonra isə meyvə suyu içmək lazımdır.

Bu cür pəhriz ilə bir aya 5 kq. çəki atdım. 5 ay ərzində tam olaraq 25 kq. çəki ata bildim. İndi isə ürəyim nə istəyirsə, yeyirəm. Amma mütləq idman etmək lazımdır. İdman etmədən heç nəyə nail olmaq olmur. Hazırda 54 kiloyam. Şükür ki, kökəlmə yoxdur. Əsas odur idmanı atmayasan”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR