Müğənni mikrofonu tamaşaçının başına çırpdı – FOTOLAR/VİDEO
Bizi izləyin

Tabloid.az

Müğənni mikrofonu tamaşaçının başına çırpdı – FOTOLAR/VİDEO

“Maroon” 5 qrupunun dünya turnesi qalmaqalsız ötüşmür. Torontoda konsert verən qrupun səsləndirmə ilə problem yaşaması qrupun solisti olan Adam Levini özündən çıxardıb. Səs rejissoruna mikrofonun işləməməsi ilə əlaqədar bir neçə dəfə işarə edən musiqiçi əsəblərinə hakim kəsilə bilməyərək, mikrofonu yerə çırpıb. Mikrofon isə birinci sırada dayanan qızın alnına çırpılıb. Bunu görən ifaçı dərnal fanatından üzr istəyib. Daha sonra isə onu səhnəyə çağıraraq minlərlə insanın qarşısında xanımdan üzrxahlıq edib.

Qızın başında yaranan göyərtiyə baxmayaraq, ifaçı davranışı ilə qızın könlünü alıb.

Publika.az həmin görüntüləri təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm