Selena Qomez yeni sevgilisindən danışdı
Bizi izləyin

Tabloid.az

Selena Qomez yeni sevgilisindən danışdı

Deyəsən, amerikalı müğənni Selena Qomez sözün əsl mənasında uzun müddət sevgi yaşadığı kanadalı müğənni Castin Biberi unudub. Gənc ifaçının almanıyalı musiqiçi Zedd ilə sevgi münasibətinin olması isə get- gedə öz təsdiqini tapmaq üzrədir.

Publika.az xəbər verir ki, bu haqda 22 yaşlı müğənni “Radio Disney”ə eksklüziv müsahibə verib.

“O, balaca almaniyalıdır və onun gözəl gözləri var. O, çox şirin və məzəlidir”.

Müğənni müsahibəsində keçmiş sevgilisi Biberə də üstüörtülü söz atmağı unutmayıb.

“Zedd, vaxtını dünyanı gəzərək səyahətdə itirmir. O, vaxtını musiqiyə sərf edir. O, istedadlı və möhtəşəm insandır”.

Qeyd edək ki, Selena Qomez və Castin Biber 2010-cu ildən sevgi münasibəti qurub. 2012-ci ilin noyabr ayında isə cütlük münasibətlərinə son qoyub. Buna baxmayaraq, 2013 və 2014-cü illərdə cütlük tez-tez birlikdə müxtəlif tədbirlərə qatılıblar.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm