
Dünyaca məşhur illüzionist Devid Kopperfild Nyu-Yorkda göydələnin 30 mərtəbəsini suya batırıb. Publika.az xəbər verir ki, bu, illüzionistin növbəti fəndi olmayıb. Devidin penthausun damında olan hovuzunun su sistemi xarab olub.
Hadisə Manhettonun mərkəzində yerləşən göydələnin 57-ci mərtəbəsində baş verib. Devidin hovuzundan axan su binanın lift sistemini də sıradan çıxardıb. 1000 kvadrat metrə yaxın ərazisi olan penthausu Devid 90-cı illərdə 8 milyon dollara alıb.
Qərb mətbuatının yazdığına görə, bədbəxt hadisə baş verən zaman penthausda heç kəs olmayıb. Devid özü isə Las-Veqasda qastrol səfərində olub. Hadisədə Devidin evindəki dəyəri milyonlarla olan əntiq əşyalara xəsarət dəyməyib.
30 mərtəbə suya batsa da, dəyilən ziyan haqda heç bir məlumat verilmir.
İsa Şükürov