Firəngiz Mütəllimovadan təzə xəbər
Bizi izləyin

Tabloid.az

Firəngiz Mütəllimovadan təzə xəbər

Səhhətində problemlər yaşayan və buna görə müvəqqəti olaraq Akademik Milli Dram Teatrında tamaşalara fasilə verən xalq artisti Firəngiz Mütəllimova hazırda özünü yaxşı hiss edir.

Publika.az-a danışan sənətçi Türkiyədə müayinə olunduğunu və həkimlərin onun səhhəti ilə bağlı müsbət fikir söylədiyini bildirib:

“Müayinə olundum və qayıtdım. Özümü yaxşı hiss edirəm. Teatr üçün çox darıxmışam, çoxdandır ki, tamaşaçılarımla görüşmürəm. Cüzi problemlərim var, onları da həll edib, yaxın vaxtlarda teatrda məşqlərə başlayacağam. Yeni tamaşada rol almışam”.

Xalq artisti, eyni zamanda, “Bacanaqlar” serialında da çəkilişləri davam etdirir. Digər seriallardan da dəvət alan aktrisa hələ ki, razılıq verməyib: “Eyni vaxtda iki serialda çəkilmək istəmirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm