Ancelina Coli xərçəng olmamaq üçün yumurtalığını çıxartdırıb - FOTO
Bizi izləyin

Tabloid.az

Ancelina Coli xərçəng olmamaq üçün yumurtalığını çıxartdırıb - FOTO

Aktrisa Ancelina Coli xərçəng xəstəliyinin önlənməsi tədbiri kimi yumurtalıqlarını və uşaqlıq borusunu cərrahiyyə yolu ilə çıxartdırıb.

Publika.az-ın məlumatına görə, aktrisa “The New York Times” qəzetinə ötən həftə əməliyyat olunduğunu yazıb. O qeyd edib ki, yumurtalıq xərçənginə tutulma riski 50 faiz olan genin daşıyıcısıdır.

Anası xərçəng xəstəliyindən vəfat edən Coli iki il əvvəl hər iki döşünü kəsdirmişdi.

"Belə qərarları qəbul etmək asan olmur. Lakin vəziyyyəti nəzərə almaq və sağlamlıq problemlərini onlar qarşıya çıxmamış həll etmək mümkündür", - Coli əlavə edib.

Hollivud aktyoru Bred Pittlə evli olan Coli yumurtalığının və uşaqlıq borusunun çıxarılmasına iki həftə əvvəl keçdiyi müayinədən sonra qərar verib.

"Ancelina Coli Pitt: Cərrahiyyə gündəliyi" (Angelina Jolie Pitt: Diary of a Surgery) başlıqlı məqalədə aktrisa yazır ki, onun qan analizi iltihab göstəricilərinin yüksək olduğunu aşkar edib. Bu isə xərçəngin erkən əlamətlərindən sayılır və aktrisaya dərhal cərrahla görüşmək məsləhəti verilib.

"Təsəvvür edirəm ki, mən minlərlə qadının keçdiklərindən keçmişəm. Mən özünü sakitləşdirirdim, özümü əmin etməyə çalışırdım ki, mənin yaşayaraq uşaqlarımın böyüməsindən, nəvə görməkdən məhrum edəcək heç nə yoxdur" –Coli yazır.

"Mən Fransaya, ərimə zəng etdim. O, bir neçə saatın içində artıq təyyarədə idi. Həyatda belə anların gözəlliyi ondadır ki, hər şey çox aydındır. Sən nə üçün yaşadığını və nə üçün yaşamağa dəydiyini bilirsən. Bu həm qərarlı, həm də çox təmkinli bir andır".

Sonrakı analizlər aktrisada xərçəng şişinin olmadığını göstərib, lakin o, həkimlərlə məsləhətləşdikdən sonra hər halda cərrahiyyə qərarı qəbul edib. Onun anası, nənəsi və xalası – hamısı bu xəstəlikdən vəfat ediblər.

"Həkimlərim dedilər ki, əslində mən önləyici cərrahiyyəni on il əvvəl, xərçəng hələ qohumlarıma hücum çəkmədiyi vaxtlarda elətdirməliyəmmiş" – Coli qeyd edir.

Aktrisa yazır ki, anasına yumurtalıq xərçəngi diaqnozu 49 yaşı olanda qoyulub.

“Mənim 39 yaşım var. Bu mastektomiyadan (döş vəzilərinin amputasiyası) daha az mürəkkəbliyi olan cərrahiyyədir. Lakin nəticələri daha ağır ola bilər. Bu əməliyyat qadını məcburi menopauzaya məruz qoyur", - Coli əlavə edir.

Həm rejissor, həm də BMT-nin elçisi olan Coli indi əvəzedici hormonları qəbul etməli olacaq.

"Qəbul etdiyimim hormon əvəzləyicilərindən asılı olmayaraq, mən indi menopauzadayam. Mən daha uşaq doğa bilməyəcəyəm və bir sıra fiziki dəyişikliklərə məruz qalacağam. Lakin olacaqlardan narahat deyiləm. Ona görə yox ki, güclüyəm. Ona görə ki, bu, həyatdır. Burda qorxmalı heç nə yoxdur".

Oscar mükafatlı Hollivud akstrisası əlavə edir ki, bütün riskləri kəsib atmaq mümkün deyil. “Mən xərçəngə qarşı həssas olaraq qalıram. Odur ki, təbii yollarla immun sistemimi möhkıəmləndirməyə çalışacağam. Mən qadınam və qərarlarımda özümü və ailəmi düşünməliyəm. Bilirəm ki, uşaqlarım heç vaxt deməyəcəklər: anamız yumurtalıq xərçəngindən ölüb", - Coli vurğulayır.

Araşdırmlara görə Birləşmiş Krallıqdakı qadınların yumurtalıq xərçəngi riski hər 54 nəfərdən bir nəfərdir, lakin Ancelina Coli kimi BRAC1/2 geninin mutasiyası olan qadınlarda bu risk hər iki nəfərdən biri dərəcəsinə qalxır.

Ancelina Coli BRCA1 adlı "qüsurlu" genin daşıyıcısıdır. Bu gen döş və yumurtalıq xərçənginin əmələ gəlmə riskini kəskin artırır. Onun həkimləri hesablamışdılar ki, əgər əməliyyat olunmazsa, aktrisanın həyatı boyunca 87 faiz döş və 50 faiz yumurtalıq xərçəngi riski var.

2013-cü ildə aktrisa xərçəngin önlənməsi üçün hər iki döşünü kəsdirib. İndi isə onun hər iki yumurtalığını və uşaqlıq borusunu kəsib götürüblər. Bu önləyici addımlar onun həyatı boyunca xərçəngə tutulmaq riskini xeyli azaldıb.

Lakin cərrahiyyə xərçəngin yaranmayacağına tam zəmanət vermir. Risk daşıyan bütün toxumaları kəsib atmaq mümkün deyil.

BRCA1 geninin daşıyıcısı olan kişi və qadınlar hətta özləri xərçəngə tutulmasalar da, 50 faiz hallarda bu geni oğullarına və qızlarına ötürürlər.

Coli aktyor Bred Pitlə evlidi və 6 uşağı var. Onlardan üçünü övladlığa götürüblər.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm