Bu gözəl 51 yaşında yenidən ana olacaq - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu gözəl 51 yaşında yenidən ana olacaq - FOTOLAR

İdeal bədən quruluşu ilə tanınan məşhur model Ell Makfersonun 51 yaşında üçüncü dəfə ana olmağa hazırlaşdığı iddia edilib.

Avstraliyada nəşr olunan “Woman day” adlı jurnal Makfersonun milyarder əri Cefri Soffer ilə birlikdə daha bir uşaq sahibi olmaq üçün planlar qurduğunu irəli sürüb. Dərginin iddiasına görə, məşhur cütlük bunun üçün uyğun bir surroqat ana tapıb.

Xatırladaq ki, 45 yaşlı Cefri Soffer ilə 51 yaşlı Ell Makferson 2013-cü ildə Fidci adasında ailə qurub.

Cütlüyün yaxın dostlarından biri 51 yaşlı modellə Cefri Sofferin təbii yollarla uşaq sahibi olmağa çalışdığını, ancaq bu məsələdə uğurlu olmadıqlarını bildirib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gizli mənbə cütlüyün övladlığa uşaq götürməyi düşünmədiyini bildirib. Cütlük son çarəni surroqat ana tapmaqda görüb.

Jurnalın iddiasına görə, cütlüyün uşağını dünyaya gətirəcək daşıyıcı ana təqribən 30 yaşındadır. Ancaq gənc qadın haqqında daha çox məlumat verilməyib.

Makfersonın iş adamı Arpad Bousson ilə evliliyindən 17 və 12 yaşlarında iki oğlu var. Əri Sofferın da ilk evliliyindən iki uşağı var.

Ell Makferson ilk dəfə 1986-cı ildə ailə qurub. 1989-cu ildə isə fotoqraf Gilles Bensimon ilə evlənmişdi.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm