Elariz Məmmədoğlu: “Səməniyə görə direktor məni…”
Bizi izləyin

Tabloid.az

Elariz Məmmədoğlu: “Səməniyə görə direktor məni…”

Müğənni Elariz Məmmədoğlu Novruz xatirələrini dilə gətirib.

Publika.az-a danışan sənətçi heç vaxt papaq atmadığını deyib: “Novruz bayramını çox sevsəm də, heç vaxt papaq atmamışam. Amma yadımdadır ki, uşaqlıqdan ta bu günə qədər həmişə evimizə çoxlu papaq atılıb. Novruzla bağlı xatirələrim çoxdur. Orta məktəbdə oxuyurduq. Sinif yoldaşlarımla mən evimizdən hərəmiz bir səməni gətirib sinfin pəncərəsi qarşısına düzdük. Məktəbimizin direktoru Həmidə xanım gəlib bizi danladı ki, bu nədir, səməniləri pəncərənin qabağına düzmüsünüz. Siz pionersiniz, Novruz bayramını belə təmtəraqla qeyd etməyin nə mənası var, axı? Biz çox pərt olduq. Uşaqlardan biri soruşdu ki, Həmidə müəllimə, bəs, şəkərbura, paxlava bişirmək olar? Direktor qayıtdı ki, niyə olmur, olar. Həmin vaxt uşaq düşüncəsi ilə fikirləşdik ki, necə olur, səməni göyərtmək olmaz, amma şəkərbura, paxlava bişirmək olar? Bilirsiniz də, sovetlər dönəmində Novruz milli bayram kimi qeyd olunmurdu. Sevinirəm ki, bu gün hər kəs bu milli bayramı açıq şəkildə qeyd edir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm