Madonna ABŞ prezidentindən, Beyonsun ərindən şikayətlənib
Bizi izləyin

Tabloid.az

Madonna ABŞ prezidentindən, Beyonsun ərindən şikayətlənib

Amerika pop musiqisinin kralıçası Madonna qərb mətbuatına müsahibəsində Barak Obamadan gileylənib. İkinci dəfə prezidentlik müddətini davam etdirən Obamanın Madonnanı bir dəfə də olsun Ağ Evə qonaq dəvət etməməsi musiqi kraliçasının ürəyincə deyil.

“Ən çox görüşmək istədiyim insan, prezident Obamadır. Lənət şeytana, axı biz nə vaxt görüşəcəyik? O, artıq məni Ağ Evə dəvət etməli idi. O, fikirləşir ki, mən ictimaiyyəti həddən artıq şoka salıram və Ağ Evlik deyiləm. Mən ciddiyəm”.

Müğənni həmçinin Beyonsun həyat yoldaşı Cey Ziyə ərə getmək istəyindən də danışıb.

“Ağ Evə getməyim alınardı, əgər mən bir qədər ciddi və Cey Zinin həyat yoldaşı olsaydım. Oh, kaş Cey Zi mənə ona ərə getməyim üçün təklif edərdi. Mən ikinci arvad olmağı da qəbul edərdim”.

Qeyd edək ki, Barak Obama mütəmadi olaraq Cey Zi və Beyonsu Ağ Evə qonaq qismində dəvət edir. Hətta Obamanın andiçmə mərasimində ABŞ-ın dövlət himnini Beyons səsləndirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm