Tabloid.az
UNESCO-da Novruz bayramı ilə əlaqədar möhtəşəm tədbir keçirilib
Azərbaycan, Türkiyə və Qazaxstanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə qurumun mənzil iqamətgahında Novruz bayramına və UNESCO-nun 70 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdən əvvəl martın 24-də Barselona-Düsseldorf istiqamətində
uçan Almaniya hava yollarına məxsus Airbus A320 təyyarəsinin Fransa
ərazisində qəzaya uğraması nəticəsində halak olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən UNESCO Dünya İrs Mərkəzinin direktoru Kişore
Rao bildirib ki, millətlərarası birgə anlaşmanı, tolerantlıq və
dialoq kimi dəyərləri təşviq edən Novruz bayramı xalqları sülhə,
əmin-amanlığa, birliyə və dostluğa çağırış kimi humanitar
ideyalarını özündə təzhür etdirən mühüm hadisədir.
Dünyada 300 milyon insan tərəfindən bayram edildiyini xatırladan
direktor 2010-cu ildə BMT Baş Məclisinin qərarı əsasında Novruzun
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və
hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu
diqqətə çatdırıb.
K. Rao Novruz bayramının xalqların zəngin milli dəyərlərini, tarixi
adət-ənələrini özündə qoruyub saxladığını, onun Azərbaycan, İran,
Türkiyə, Özbəkstan, Əfqanstan, Pakistan, Hindistan, Qazaxıstan,
Qırğızıstan və bir çox digər ölkələrdə yüksək səviyyədə qeyd
edildiyini, bu bayramın digərlərindən təbiətin oyanışından, yazın
gəlişindən xəbər verdiyinə, bol məhsulun əsasının qoyulduğuna görə
fərqləndiyini xüsusi vurğulayıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi qurumun
fəaliyyəti barədə məlumat verərək bildirib ki, dünyanın türkdilli
xalqlarını öz ətrafında birləşdirən təşkilatın əsas məqsədi həmin
xalqların mədəni dəyərlərinin təbliğidir. Baş katib türkdilli
xalqların həyatında və mədəniyyətində Novruz bayramının xüsusi yeri
olduğunu vurğulayıb, Novruz bayramını türkdilli millətləri
birləşdirən önəmli dəyər kimi qiymətləndirib.
Sonra türkdilli xalqların incəsənət ustalarının iştirakı ilə
möhtəşəm konsert verilib. Konsertdə türkdilli xaqqların 100-dən
artıq incəsənət ustası xalq mahnıları və milli rəqslər ifa ediblər.
Ölkəmizi təmsil edən aşıq Əli Quliyevin və “Cəngi“ folklor rəqs
ansamblının çıxışı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Tədbirin sonunda bəzi türkdilli xalqların, o cümlədən Azərbaycan
mətbəxindən nümunələr təqdim olunub.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI