• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şəhriyar: “Özümdən on yaş böyük qadınla sevişərəm, amma...”- FOTOLAR

Şəhriyar: “Özümdən on yaş böyük qadınla sevişərəm, amma...”- FOTOLAR

Onu hər kəs bığlı oğlan kimi tanıyır. Dediyinə görə, ömrünun axırına qədər də bığlarına sadiq qalacaq. Söhbət məşhur teleaparıcısı Şəhriyar Əbilovdan gedir.

Publika.az-a müsahibə verən aparıcı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

- Şəhriyar, bığ sənə düşərli oldu, artıq filmlərə də çəkilirsən…

- Əslində “Xoxan” filminin ayağı düşərli oldu və ondan sonra məni “Qız atası” filminə dəvət etdilər. Deyilənə görə, pis alınmadı. Qismət olsa, filmlərə çəkiləcəyəm, şanslarım çox olacaq. Artıq təkliflər gəlir. Hansının ssenarisi və rejissoru yaxşıdırsa, o təklifi də dəyərləndirirəm.

- “Xoxan”da fırıldaqçı makler obrazını oynadın. Həyatda necə, kiməsə fırıldaq gəlmisən?

- Yox, həyatda heç kimə fırıldaq gəlmərəm. Ata-anamdan elə tərbiyə almışam ki, nəinki fırıldaq, ümumiyyətlə, yalan danışmıram. Bilirsiniz də, hazırda oğlanların doxsan faizi qızlara yalan danışır. Bir qız deyə bilməz ki, Şəhriyar məni aldadıb. Bir qıza yalandan onu sevdiyimi deməmişəm. Nə vaxtsa, sevəndə açıq şəkildə etiraf edəcəyəm. Həmişə səmimiyyətimlə fərqlənmişəm. Həyatda necəyəmsə, rolu da elə təbii oynayıram. Buna görə də rejissorların məndən xoşu gəlir.

- Olubmu, hansısa qıza deyəsən ki, görüşək, amma səninlə evlənmək fikrim yoxdur?

- Əslində, hadisə nəyə gətiribsə, o da olub. Belə götürəndə, hansı kişinin görüşdüyü qız olmayıb? Vaxt gələcək, kimisə sevəcəyəmsə, onda ailə də quracağam. Dəfələrlə demişəm, indi də deyirəm ki, 8-10 ildir heç kimi sevmirəm. İnsanın həyatındakı sevgi zədəsi sonradan öz təsirini göstərir. Ürək şüşədən deyil, axı. Həm də, hər yaş dövrünün öz sevgi taktikası var.

- Bu gün zövqün dəyişib yəqin, on il əvvəl bəyəndiyin qızı indi sənə bəyəndirmək olmaz?

- Bəli, zövqüm mükəmməlləşib, daha keyfiyyətli, maraqlı olub.

- Amma, sən Allah, demə ki, daxili gözəlliyə fikir verirəm. Son vaxtlar hamı mexaniki şəkildə eyni fikri təkrarlayır.

- Yox, mən elə demirəm. Kim deyir ki, əsas ürəkdir, yalan deyir. Əsas olan vizual görünüşdür. Göz görür, könül sevir. Sonradan yaxınlaşıb, tanış olursan, münasibət qurursan. Bu ürəyi birdən-birə görmək olmur, axı. Ürəkdən qabaq gərək gözəlliyi görəsən.

- Obrazını da söylə, qoy, subay qızlar gözdə-qulaqda olsunlar…

- Bir az yaradıcı qızları xoşlayıram. O, rəssam da ola bilər. Mənə riyaziyyatçı ilə ailə qurmaq lazım deyil. Görünüşə gəlincə, bəzən uzunsaçlı, bəzən də qısa saçlı qızları xoşlayıram. Bəzən sarışınlar, bəzən də qaraşınlar xoşuma gəlir. Zövqüm dəyişir tez-tez.

- Məhəbbətdə yaş senzi, səncə, önəmlidirmi? Yoxsa, primadonnamız demişkən, yaşın fərqi yoxdur?

- Məhəbbət yaşa baxmır.

- Yəni özündən on yaş böyük qadınla evlənərdin?

- Evlənməyim sual altında olar, amma özümdən on yaş böyük qadınla sevişərdim.

- Niyə çox vaxt kişilər sevdiyi qadın qalır, amma sevmədiyi qadınla evlənir? Ömrünün axırına qədər də bunun cəzasını çəkirlər...

- Ailə fərqlidir, axı. Kimi istəsən, sevə bilərsən, amma kiminlə istəsən, evlənə bilməzsən.

- Niyə oğlanlarımız bu qədər cəsarətsizdir?

- Yox, niyə elə deyirsən, mən çox cəsarətliyəm. Mətanətin verilişində də demişəm, mən zənci ilə də evlənərəm. Əgər sevsəm, ürəyimə yatsa, qəşəng qaradərili qızla evlənərəm. Yetər ki, daxilən əxlaqsız olmasın.

- Sosial şəbəkədə indiyə qədər səni təccübləndirən ismarış olub?

- Çox olub, hansı birini deyim. Bəzən mənə deyiblər ki, niyə belə sünisiniz. Oxuyanda yanıb-yaxılmışam. A balam, mən, axı, süni deyiləm. Çox adam məni səmimiyyətimə görə çox istəyir. Bax, bu süni söhbəti məni çox təəccübləndirir. Öz-özümə fikirləşirəm ki, niyə axı bunlar süni olduğumu düşünür.

- Bığlarını hələ qırxdırmaq fikrin yoxdur ki?

- Yox e, nə danışırsan, ömrümün axırına qədər bu bığlar mənimlədir.

- Bir ara demişdin ki, obrazını tamamlamaq üçün əsa da götürəcəksən…

- Hərdən imicimə uyğun olaraq götürürəm.

- İnsanların buna münasibəti necə olur?

- Əvvəlcə, təəccüblənirlər. Ola bilsin ki, kimsə gülə də bilər. Amma bir müddət keçəndən sonra alışırlar. Hətta mənə baxıb əsa götürənlər də olur. Görəndə ki, bu, mənə yaraşır və ətrafdakıların xoşuna gəlir, həvəslənirlər. Onu da deyim ki, mən klassik geyim, əsa və bığımla fərqlənirəm və cəmiyyətdə öz imicimlə diqqət çəkirəm. Mənə baxıb əsa götürən, bığ saxlayan, mənim kimi geyinən insanlar da çoxdur.

- Fərqli geyim tərzinlə, heç kompleksə düşdüyün vaxtlar olub?

- Yox, kompleksim olmayıb. Təzə-təzə qırmızı kostyumuma lağ edirdilər. Deyirdilər ki, kişi qırmızı kostyum geyinməz. Niyə geyinməz, axı? Baxır, bunu kim geyinir, ona necə yaraşır? Rəngdir də, niyə də, axı, istifadə etməyim?

- Bəs bığlarına ilişənlər olur?

- Mənim bığıma heç kim heç nə edə bilməz. Bəzən deyirlər, yaraşır. Yaraşmadığını söyələyənlər də olur. Hamıya deyirəm ki, bu, mənim ata-babamdan qalma bir imicdir. Mən bəy nəslindənəm və Hüseyn bəy Ağalarovun nəticəsiyəm. Bəyliyimi də bığım, əsam və geyimimlə tamamlamağa çalışıram. Düzdür, onlara çata bilmərəm, amma buna çox çalışıram.

- Ata-babalarımızla müqayisədə, səncə, indiki kişilərdə nə çatmır?

- Sözlərinin üstündə durmurlar. Sözün müqəddəsliyini itiriblər.

- Birdən evlənəcəyin qız dedi ki, bığın xoşuma gəlmir, qırx, getsin?

- Qələt edər, deyər. Evlənəcəyim qızın sözü ilə oturub-durmayacağam. O məni necə varamsa, elə də qəbul etməlidir.

- Rəngbərəng kostyumlar, köynəklər - hiss olunur ki, qarderobun da zəngindir…

- İnan ki, pulumun 90 faizini qarderobuma xərcləyirəm. Elə ən çox da kostyumları xoşlayıram. Azı iyirmi dənə kostyumum var.

- Hamısını saxlayırsan?

- Əynimə olmayanları dostlarıma verirəm.

- Aksessuarlardan ən çox hansını xoşlayırsan?

- Saatlar, qolbaqlar, bir də əsa.

- Sürpriz etməyi xoşlayırsan?

- Ən çox sevdiyim məşğuliyyətdir. Özü də qadınlara sürpriz etməyi xoşlayıram.

- Axırıncı dəfə kimə sürpriz etmisən?

- Qoy, bu, sirr qalsın. Birini desəm, o birisi inciyər məndən.

- Ən müsbət və ən mənfi xüsusiyyətin hansıdır?

- İnan ki, səmimiyyətim. Səmimi olmağım başımın bəlasıdır. Həm mənfi, həm də müsbət cəhətimdir.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR