Azərbaycanlı uşaqlar Avropanı belə təəccübləndirdi - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı uşaqlar Avropanı belə təəccübləndirdi - FOTO

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Ayan Məmmədli və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Maqsud Musazadə Malta Respublikasının Valletta şəhərində keçirilmiş Gənc Pianoçuların Beynəlxalq müsabiqəsində iştirak ediblər.

Publika.az-ın məlumatına görə, Almaniya, Azərbaycan, Çin, Fransa, İtaliya, Koreya, Qazaxıstan, Litva, Malta, Portuqaliya, Rusiya, Türkiyə və Yaponiyadan 30-dan çox gənc pianoçunun iştirak etdiyi müsabiqədə Ayan Məmmədli III dərəcəli Diploma və K.Koellinqin "Macar Rapsodiyası"nın ən yaxşı ifasına görə xüsusi mükafata layiq görülüblər. Maqsud Musazadə K.Çerninin "Noktürn" əsərinin ifasına görə Diplomla təltif olunub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm