Tabloid.az
Futbolçudan gənc qıza əxlaqsız təklif - FOTO
"Mançester Yunayted"in gənc oyunçusu Andreas Pereyranın
19 yaşlı bir qadına, onunla və komanda yoldaşı Peddi Makneyrlə
cinsi əlaqəyə girməsi üçün 10 min sterlinq təklif etdiyi ortaya
çıxıb.
ANS PRESS-in məlumatına görə, bu haqda İngiltərənin "Sun" qəzeti
yazıb.
"Sun"a bu haqda danışan və futbolçunun özünə göndərdiyi telefon
mesajlarını göstərən universitet tələbəsi Kelli Makkiney olub.
"Mənə mesaj göndərib onunla və komanda yoldaşı ilə qrup əlaqəyə
girmək üçün 10 min sterlinq təklif edəndə az qala oturduğum stuldan
yıxılam. Necə alçaq biri belə bir təklif cürətini özündə tapar? Mən
qətiyyən belə biri deyiləm və onun sözlərini çox təhqiredici hesab
edirəm",- deyə Kelli bildirib.
Mançesterdə yaşayan Makkiney Pereyra ilə "Neighbourhood" adlı barda
tanış olduqlarını bildirib. Gənc qız partidən sonra bir rəfiqəsi
ilə birlikdə iki futbolçunun tutduğu otel odasına getdiklərini,
ancaq Makneyr ve Pereyra ile seksual əlaqəyə girməyi rədd edərək
oranı tərk etdiklərini qeyd edib.
Olaydan sonra Pereyranın onu sosial şəbəkədə tapdığını deyən
Makkiney sözlərinə belə davam edib: "Bir müddətdən sonra
"Whatsapp"da danışmağa başladıq. Məndən ona bir şəkil göndərməyimi
istədi. Daha sonra qrup seks təklif etdi və adambaşına 5 min
sterlinq verməyə hazır olduqlarını bildirdi".
Futbolçunun meneceri Leo Şeynkmən məsələ ilə bağlı mətbuata
açıqlama verib: "O, gənc və subay bir insandır. Ürəyi kiminlə
istəsə, cinsi əlaqəyə girə bilər. Nəyə görə üzr istəməlidi?".
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ