Əməkdar artisti soydular - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Əməkdar artisti soydular - ÖZƏL

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Novruzova soyulub. Günün günorta çağı aktrisanın 2 min manatını oğurlayıblar.

Bu barədə Publika.az-a aktrisa özü məlumat verib: “Martın 19-da günorta qızımı təhsil aldığı məktəbdən götürüb evə gedirdik. “Kubinka”da qızım şirə almaq üçün marketə daxil oldu. Mən də onun dalınca getdim. Marketə daxil olanda mənə zəng gəldi. Pul kisəsinə qoyduğum telefonu çıxarıb danışmağa başladım. Pul kisəsini cibimə qoydum. Həmin vaxt kimsə məni itələdi, amma buna əhəmiyyət vermədim. Qızımla bayıra çıxdıq, maşına oturub evə gəldik. Evə çatanda gördüm ki, pül kisəsi üstümdə yoxdur. Halım çox pis oldu. 2 min manat mənim üçün çox böyük puldur. Pulun bir hissəsi mənim, bir hissəsi isə həyat yoldaşımın təqaüdü idi. Pulla bərabər, mənə məxsus kredit kartları, şəxsiyyət vəsiqəsi və digər sənədlər də oğurlanıb”.

Aktrisanın dediyinə görə, pül kisəsini onun cibindən marketdə çıxarıblar: “Qızım mənə dedi ki, ana, sən telefonla danışanda arxa tərəfində sarışın bir oğlan dayanmışdı. Elə pulu da, yəqin ki, o götürüb. Biz təzədən marketə qayıtdıq, amam satıcı qız mənə dedi ki, burda pul itməyib. Mən marketdə təhlükəsizlik kamerasına baxılmasını tələb etdim, dedilər ki, işləmir. Ərizə ilə Nəsimi rayon 21-ci Polis Bölməsinə müraciət etmişəm. Amma hələ də oğrular tapılmayıb”.

Əməkdar artistin sözlərinə görə, pulu qızının və özünün həkiminə verəcəkmiş: “Qızımın müalicəsi üçün həkimlərə pul verməliydim. Diş həkiminə də borclu idim, həkim demişdi ki, dişlərini qoyum, sonra pulunu verərsən. İndi pul tapa bilmirəm ki, onun pulunu verim”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm