Kinoteatrda jurnalistlərə “Yumurta” göstərəcəklər
Bizi izləyin

Tabloid.az

Kinoteatrda jurnalistlərə “Yumurta” göstərəcəklər

Aprelin 1-də Nizami Kino Mərkəzində növbəti milli komediya filmi “Yumurta”nın qala gecəsi keçiriləcək.

Kino Mərkəzindən Publika.az-a verilən məlumata görə, rejissor Ramil Adiloğlu fantastik-absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.

“Yumurta” filmi arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən yumurtadan bəhs edir. Tapdığın mülahizəsinə əsasən, qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta onu indiki dövrə gətirir...

İyirmidən artıq tanınmış aktyorun çəkildiyi “Yumurta” Gülüş bayramı günü tamaşaçıya maraqlı süjet və bol gülüş vəd edir.

Qala gecəsində filmin rejissoru Ramil Adiloğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.

Filmdən əvvəl yaradıcı qrup media nümayəndələri və tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm