Aybəniz Haşımova: “Belə adam görəndə qaçıram”
Bizi izləyin

Tabloid.az

Aybəniz Haşımova: “Belə adam görəndə qaçıram”

Əməkdar artist Aybəniz Haşımova ona pislik edən insanlardan danışıb. "Space" telekanalında yayımlanan “Günaydın” verilişinin qonağı olan müğənni ona qarşı haqsızlıq ediləndə ölkəni tərk etdiyini də etiraf edib.

“Gücümü sevdiklərimdən alıram. Qarşımdakı insan dünyaya, həyata zərərverici biri olsa da, mən ona yaxşı tərəfdən baxmaq istəyəcəyəm. Çünki mən onu mənfi tərəfdən görsəm, çox qırılaram. 1979-cu ildən bu günə qədər səhnədəyəm. Mən hər xırda detala fikir verən biri olsaydım, bu uzun sənət yolunu gələ bilməzdim. Çalışdığım uşaqlarıma da deyirəm ki, xoşagəlməz bir mühitdən dərhal qaçın. Pislik edən adama da qayıdıb onun etdiyini etmirəm. Ondan qaçıram, hətta ölkədən qaçıram. Ruhum sakitləşənə kimi istirahət edirəm. Belə olmasa, mənim enerjim tükənər və məndən heç nə qalmaz. Mən sevdiklərimi çox qısqanıram. Çünki onlar ağrıyanda mən də ağrıyıram”.

Qeyd edək ki, “Günaydın” verilişi Vüsalə Kərimovanın təqdimatında Space telekanalında saat 14:20-də başlayır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm