Sabah “Əsl şou” başlayacaq
Bizi izləyin

Tabloid.az

Sabah “Əsl şou” başlayacaq

Sabahdan yerli teleməkanda yeni səhər şousu start götürür.

“Əsl şou” adlanacaq veriliş BAL (Baku Art Lab) prodakşnın məhsulu olaraq efirə çıxacaq. “Əsl şou” adlı səhər verilişi həftə içi 5 gün səhər saat 11:00-da Space telekanalında canlı yayımlanacaq.

Veriliş, adından da göründüyü kimi, digər səhər proqramlarından şou məzmunu ilə fərqlənəcək. Veriliş boyu maraqlı şoular və qonaqlarla müxtəlif oyunlar təşkil olunacaq.

Verilişin aparıcısı Novruz İsmayıl və sevilən müğənnilərimizdən biri olacaq. Müğənninin kimliyini açıqlamayan verilişin prodüseri bunun tamaşaçılar üçün sürpriz olduğunu bildirib:

“Çox qalmayıb. Bir gün sonra hər kəs “Əsl şou”nu izləyəcək. Sürpriz aparıcımızı da, maraqlı realiti oyunlarımızı da aprelin birindən Space telekanalında izləyə biləcəklər. Onu da əlavə edək ki, aparıcılarımız çox iddialıdır. Biz ən reytinqli səhər şousu olacağıq”.

Qeyd edək ki, verilişin redaktoru Kübra Quliyeva, prodüserləri İsa Hüseyn və Nura Allahverdizadədir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm