• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vüqarı döydürdüyü iddia edilən müğənni canlı yayıma zəng etdi – VİDEO

Vüqarı döydürdüyü iddia edilən müğənni canlı yayıma zəng etdi – VİDEO

Rusiyaya çağırılaraq, orada döyülən azərbaycanlı müğənni Vüqar Muradov ATV telekanalının qonağı olub. Publika.az xəbər verir ki, ifaçı canlı yayımda döyülməsindən danışaraq, bu hadisənin sifarişçisinin adını açıqlayıb. O, müğənni həmkarı Fidan Süleymanovanı ittiham edib. V.Muradovun fikrincə, adı çəkilən müğənni ilə aralarındakı ixtilafın tarixi təxminən 2 il əvvələ gedib çıxır:

“İlyarım bundan öncə hər ikimizin iştirak etdiyimiz verilişlərin birində də aramızda mübahisə baş verdi. Belə ki, verilişin sonunda oxumaq üçün mikrofonu mənə verdilər. Veriliş bitdikdən sonra isə bu şəxs mənə “xeyir ola, sən mənim mikrofonumla oxuyursan”, - sualını verdi. Bundan sonra söz-söhbət yarandı. Daha əvvəl o, məni polisə də şikayət etmişdi. Bu hadisələri də başıma gətirən Fidan Süleymanovadır”.

Bu iddiadan sonra Fidan Süleymanova da canlı efirə qoşularaq adının hallanmasından narahatlığını bildirib:

“Vüqar Muradov adımı çəkdi. Bilməlidir ki, günahsız yerə adımı çəkdiyinə görə çox böyük məsuliyyət daşıyır. Mən təklif edirəm ki, bu işin sonuna kimi getsin və günahkarı üzə çıxartsın. Və hər kəs görsün ki, bu işdə Fidan Süleymanova günahsızdır. Bizim Vüqarla problemimiz var. Bu, şəxsi problemdir. Bunun bölgə ilə əlaqəsi ola bilməz. Vüqar 2013-cü ildə məni və anamı bir telekanalın povilyonunda söyüb və əl qaldırıb. Bunun üstündən 1 il 7 ay keçib. Vüqar hər bəlanın niyə məndən gəldiyini düşünür? Demək ki, o, həyatda kimə qarşı səhv etdiyini yaxşı bilir. Ona görə də başına nə gəlsə, məndən bilir. Amma çox nahaq yerə. Bununla o, çox böyük günaha girdi. Görünən odur ki, 2013-cü ildə mənə qarşı etdiyi haqsızlığa davam edir. O, bütün Azərbaycan qarşısında Fidan Süleymanovanın günahkar olduğunu sübut etməsə, mən onu məhkəmələrdə süründürəcəyəm. Bunu bilsin. O, mənim şərəf və ləyaqətimə toxunur. Bütün bunlar mənim karyerama çox ciddi təhdiddir”.

Video a24.az saytına məxsusdur.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR