Şərqin 41 yaşlı ən gözəl qadını - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Şərqin 41 yaşlı ən gözəl qadını - FOTOLAR

Bu günlərdə Mumbayda hind şou-biznesinin ən dəbli nümayəndələrinə mükafatlar verilib. Gecənin əsas ulduzu isə qırmızı xalı mərasimlərinin sevilən aktrisası Ayşvariya Ray olub. O, “İlin ən yaxşı geyinən xanımı” mükafatına layiq görülüb.

İllərdir ki, hind gözəli öz zərif obrazları ilə moda tənqidçilərini heyrətləndirməkdə davam edir. Ayşvariya milli hind geyimlərini Avropa stili ilə çox gözəl uyğunlaşdırır. Mükafatlandırma gecəsinə Ayşvariya "su pərisi" siluetində, gümüşlə bəzədilmiş qara ziyafət libasında gəlib.

Süni kirpiklər isə aktrisanın mavi gözlərini və ifadəli baxışlarını daha mənalı və nüfuzedici edib. O, neytral şaftalı çalarlı dodaq boyası və açıq dalğalı saç düzümü ilə obrazını tamamlayıb.

Xatırladaq ki, 41 yaşlı Ayşvariya Ray Hindistanın məşhur kino aktyoru Amitax Baççanın oğlu Abhişek Baççan ilə evlidir. Cütlüyün bir qızı var.

Publika.az hind gözəlinin ən yaxşı obrazlarını təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm