• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı teleaparıcı yarıçılpaq fotolarından danışdı

Azərbaycanlı teleaparıcı yarıçılpaq fotolarından danışdı

Məşhur teleaparıcı Zemfira Adıgözəlovanın “İnstagram” səhifəsinə yüklədiyi şəkillər ötən günün əsas müzakirə mövzularından birinə çevrilib. Şəklə yazılan şərhlərdə aparıcı üçün darıxdığını, onu yenidən efirdə görmək arzusunda olduğunu yazanlarla yanaşı, açıq-saçıq şəkillər paylaşmaqda qınayanlar da olub.

Səs-küy yaradan fotolarla bağlı Zemfira Adıgözəlova Publika.az-a açıqlama verib. Onun sözlərinə görə, həmin fotolar 3-4 il əvvəl yerli jurnallardan biri üçün çəkilib.

Bəs, görəsən, illər əvvəl çəkilən fotoları indi paylaşmaqda aparıcının məqsədi nədir?

“İnstagram” sosial şəbəkəsində yeni qeydiyyatdan keçmişəm. Orada mütəmadi olaraq arxivimdəki şəkilləri paylaşıram. Bir də ki, yay aylarını uşaqlıqdan sevirəm. Hətta mənə ərəb ölkələrinə köçməyi məsləhət görürlər. Xüsusən, soyuq aylarda yay fəsli üçün çox darıxıram. Bəlkə də, bundan irəli gəlir. Məni özümü xatırlatmaqda qınayır, belə şəkillər paylaşdığımı onunla izah edirlər. İnsan öz arxiv şəkillərini, öz fikirlərini paylaşırsa, bunun özünü xatırlatmaq istəyi ilə və ya media ilə nə əlaqəsi var? Həmin şəkillərin bu dərəcədə müzakirələrə səbəb olacağını gözləmirdim. Düşünürdüm ki, artıq hər kəs belə fotolara öyrəşib”.

Zemfira Adıgözəlova yazılanların onu əsəbiləşdirdiyini də bildirib:

“Bu qədər kin bizim millətdə hardandır? Anlamıram! Bütün gecəni əsəbimdən yata bilməmişəm. Dostum, rejissor Anar Hüseynov məni sakitləşdirib. Şəkillərə aylarla “Facebook”da yalvarıb məndən telefon nömrəsi istəyənlər də dəhşətli şərhlər yazıblar. Şokda idim. Düşünürdüm ki, insanlar artıq elə şeylərə alışıb. Görürəm ki, yox, hələ də oyanmamış insanlarımız var”.

Publika.az müzakirələrə səbəb olan fotoları təqdim edir.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR