Kim Kardaşyana rədd cavabı verdilər
Bizi izləyin

Tabloid.az

Kim Kardaşyana rədd cavabı verdilər

Kim Kardaşyana gecə klubuna daxil olmağa icazə verməyiblər.

Publika.az-ın məlumatına görə, Kim Kardaşyan həyat yoldaşı Kanye Uestin nüfuzundan istifadə edərək ən elit jurnalların üz qabığına çıxmağı bacarsa da, bəzi elit məkanlara giriş əldə edə bilmir.

O, Los-Ancelesdə fəaliyyət göstərən və kübarların gecə klubu olan “Soho House” üçün giriş kartı əldə etmək istəsə də, klub rəhbərliyi hər dəfə Kardaşyanın bu istəyinə rədd cavabı verir.

Klub rəhbərliyi bildirib ki, ardınca jurnalist və paparassi axını gətirən qonaqlar içəri buraxılmır.

Nə qədər maraqlı açıqlama olsa da, gecə klubunun qapalı məclislərini Hollivud ulduzları Robert Patinson, Kameron Diaz, Bredli Kupersiz təsəvvür etmək mümkün deyil.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm