15 milyon avroluq müəmma
Bizi izləyin

Tabloid.az

15 milyon avroluq müəmma

İtaliyada 15 milyon avro dəyərində olan Pikasso tablosu satılmaq üzrəykən tapılıb.

Axar.az xəbər verir ki, tablonu satmaq istəyən çərçivə ustası əsərin 37 il əvvəl ona hədiyyə edildiyini iddia edib.

Adı açıqlanmayan həmin şəxsin ifadəsinə görə, 1978-ci ildə Romadakı atelyesinə gələn bir müştəri mərhum arvadına aid qiymətli bir şəkil çərçivəsini təmir etdirmək istəyib. Müştərisinin hüznündən təsirlənən çərçivəçi təmir işini pulsuz edib. Bu hadisədən iki gün sonra həmin müştəri bu jestə qarşılıq olaraq çərçivə ustasına bir tablo hədiyyə edib, ancaq tablonun kimə aid olduğunu deməyib. Tablonun Pikassoya aid olduğunu bilməyən çərçivəçi onu digər şəkillərin yanına qoyub. Keçən il isə təsadüfən həmin tablonun Pikassoya aid olduğunu bilib və dərhal da xaricdəki hərrac evləri ilə əlaqə yaradıb.

“Sotbis” hərrac evi əsərin auksiona çıxarılması üçün dövlətdən icazə almaq istəyəndə polis işin üstünə çıxıb. Aparılan araşdırmalara əsasən, tablonun 1912-ci ildə çəkildiyi və 1961-ci ildə kataloqa salındığı üzə çıxıb. Polis çərçivə ustasının ifadəsinin doğru olub-olmadığını və tablonun həqiqi sahibinin kimliyini öyrənənə qədər əsərin onlarda qalacağını bildirib. Tablonun aşkar olunma əhvalatını mediaya açıqlayan polis “inanılmaz bir hadisə” ilə qarşı-qarşıya olduqlarını etiraf edib.

Qeyd edək ki, məsələ ilə bağlı, İtaliya Mədəniyyət naziri Dario Françesini “Pikasso tablosunun taleyi istintaqın nəticəsindən asılıdır”, – deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm