Tabloid.az
Nikita Mixalkov Bakıda ustad dərsi keçib
Martın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor, ssenariçi və prodüser, RSFSR-in Xalq Artisti, “Günəşdən usanmışlar” filminə görə (1994-cü il) “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” kino mükafatı laureatı Nikita Mixalkov Bakıda ustad dərsi keçib.
AZƏRTAC xəbər verir ki, Rusiya kinosunun ən parlaq
nümayəndələrindən biri olan N.Mixalkov gənc Azərbaycan
kinematoqrafçıları ilə iki saat davam edən ünsiyyət zamanı yeni
kinematoqrafçılar nəslinin inkişafına, müxtəlif ölkələrin gənc
artistləri arasında yaradıcılıq əlaqələrinin və səmimi
münasibətlərin yaradılmasına, təcrübə mübadiləsinə kömək göstərmək
məqsədi daşıyan Yay kino akademiyasından, təhsil layihəsindən, kino
və teatr mütəxəssislərinin – aktyorların, rejissorların,
operatorların, prodüserlərin, ssenariçilərin yaradıcılıq şəraitində
dərs keçməsindən bəhs edib.
N.Mixalkov çəkiliş kollektivinin çətinliklərindən, insanlar
arasında münasibətlərdən, hər bir kəsin işi üçün maksimum rahat
şərait yaradılması zərurətindən və imkanlarından danışıb. Ustad
deyib: “Çəkiliş meydançası gələcək filmin yaradıldığı bir yerdir.
Həmkarının uğurlarına sevinmədən, onunla birlikdə həyəcan
keçirmədən, meydançadakı birgə həyatda iştirak etmədən işləmək və
işindən zövq almaq mümkün deyil”.
Sonda N.Mixalkov jurnalistlərin suallarına cavab verib.
Qısamüddətli səfəri zamanı N.Mixalkov azərbaycanlı həmkarları ilə
görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və
dərinləşdirilməsi məsələlərini müzakirə edəcəkdir. O həmçinin
Bakının görməli yerləri ilə tanış olacaqdır.
N.Mixalkov “Beş axşam”, “Mexaniki piano üçün yarımçıq pyes”,
“Oblomovun həyatından bir neçə gün”, “Şahidsiz”, “Qara gözlər”,
“Urqa: məhəbbət ərazisi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”,
“12” və başqa filmlərin müəllifidir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!