Əməkdar artist gizlincə oğluna toy etdi - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Əməkdar artist gizlincə oğluna toy etdi - ÖZƏL

Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimli hamıdan gizlincə oğluna toy edib.

Publika.az-a danışan sənətçi oğlunun istəyi ilə toy mərasimini mediadan gizli saxladığını deyib: “Oğlum mənə qəti şəkildə bildirdi ki, toy mərasimində media iştirak etməyəcək. Çünki bu, mənim özəl günümdür, istəyirəm toyumda yalnız doğmalarım iştirak etsin. Mən də onun fikrinə hörmətlə yanaşdım. Ümumiyyətlə, oğlum reklam olunmağı xoşlamır, heç mənimlə bir dəfə də olsun efirə çıxmayıb. Toya çox adam dəvət etməmişdik. O qədər insanların toyuna getmişdik, amma çoxunu toya dəvət etmədik. Çətin zamandır, istəmədim kimlərisə xərcə salaq. Yalnız özümə yaxın olan sənət adamlarını toya dəvət etdim. Xalq artisti Mələkxanım Eyyubova, Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Zümrüd Məmmədova, Zahidə Məmmədsalahova da qonaqlarımın sırasında idi”.

Öyrəndik ki, sənətçinin gəlini tələbədir: “Gəlinimi oğlum özü seçib, bəyənib. Dedi ki, ana mən yalnız o qızı sevirəm və ondan başqa heç kimlə evlənməyəcəyəm, mən də etiraz etmədim. Əsas olan oğlumun xoşbəxtliyidir. Gəlin tələbədir, oğlum da kiçik bizneslə məşğuldur. Hələlik kirayədə yaşayırlar. Çünki mənim yaşadığım mənzil ikiotaqlı və darısqaldır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm