Nikita Mixalkovdan azərbaycanlı rejissorlara xoş xəbər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nikita Mixalkovdan azərbaycanlı rejissorlara xoş xəbər - FOTOLAR

Paytaxtın qonağı olan Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur kinorejissor Nikita Mixalkov Azərbaycan kinematoqrafçıları ilə görüşdü və gənc rejissorlara ustad dərsləri keçib.

Publika.az-ın məlumatına görə, görüşdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova qonaq haqqında ətraflı məlumat verib. O, ilk filmini 28 yaşında çəkən Nikita Mixalkovun tezliklə öz dəsti-xətti ilə seçilən rejissorların sırasında yer aldığını bildirib.

Nikita Mixalkov Bakıya səfərindən və belə görüşün təşkil edilməsindən məmnunluğunu ifadə edib. Rejissor Bakıya qısamüddətli səfəri zamanı azərbaycanlı həmkarları ilə fikir mübadiləsi apararaq gələcəkdə bir sıra layihələrin reallaşmasına imza atmaq niyyətində olduğunu deyib.

İki saatdan çox davam edən ustad dərsindən sonra rejissor azərbaycanlı gənc kino mütəxəssislərinin suallarını cavablandırıb, intellektual kino, Amerika kinosu və müasir zaman, filmlərindəki mesajlarla bağlı fikirlərini bölüşüb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm