Aktyorlardan yumorlu hədiyyə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aktyorlardan yumorlu hədiyyə - FOTOLAR

Dövlət Musiqili Teatrının kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramı ilə çıxış edib.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, tədbirdə xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, vokalçı artist Şaban Cəfərov, Nigar Tofiq, Balet truppasının üzvləri Murad Əliyev və Cəlalə Novruzlu iştirak ediblər.

Konsert proqramı çərçivəsində S. Ələsgərov, İ. Məlikzadənin “Hərənin öz ulduzu”, V. Adıgözəlov, Anarın “Adamın adamı” tamaşalarından parçalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Tamaşaçılarla canlı ünsiyyət yaradan Musiqili Teatrın kollektivi sağlamlıq imkanları məhdud gənclərə unudulmaz anlar yaşadıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm