“Bozun əlli çaları” doğuşların sayını artıracaq
Bizi izləyin

Tabloid.az

“Bozun əlli çaları” doğuşların sayını artıracaq

İngiltərədə Lidsdə yerləşənbir xəstəxananın doğum şöbəsi işçilərinə xəbərdarlıq edib: 2015-ci ilin noyabr ayında icazə almağı düşünməyin, həmin ay doğuş sayında artım gözləyirik.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxananın belə bir xəbərdarlıq verməsinə səbəb “Bozun əlli çaları” filmidir.

Nümayişə başlanandan bəri dillərdən düşməyən filmin İngiltərədə doğuş sayının artmasına səbəb olacağı gözlənilir. Lidsdəki Ceyms xəstəxanasında doğum şöbəsinin işçilərinə filmin nümayişindən bir gün əvvəl bir məlumat paylaşılıb: “Bozun əlli çaları” filminin vizion tarixi 13 Fevral 2015+40 həftə=20 noyabr 2015. Məzuniyyətlərinizi indidən nizamlayın”.

Qeyd edək ki, film nümayişin ilk həftələrində 500 milyon dollara qədər gəlir gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm