Fevralda doğulub fevralda dünyasını dəyişən Əliağa Kürçaylı
Bizi izləyin

Tabloid.az

Fevralda doğulub fevralda dünyasını dəyişən Əliağa Kürçaylı

Fevralda doğulub fevralda dünyasını dəyişən Əliağa Kürçaylı

Bu gün Azərbaycanın unudulmaz şairi Əliağa Kürçaylının doğum günüdür.

Əliağa Həsənağa oğlu Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub, 1944-1946-cı illlərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.

1946-1947-ci illərdə Bakı Dəmir Yolu Texnikumunda birilllik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir.

1946-cı ldə “Azərbaycan gəncləri” qəzetində çap olunmuş “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olub, sonralar mərkəzi və respublika dövrü mətbuatında müntəzəm çıxış edib.1947-ci ildə Salyan radio qovşağında redaktor kimi çalışıb, gənc yazıçıların I Respublika müşavirəsində iştirak edib. Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirdikdən sonra ADU-nun (BDU) filologiya fakültəsinə daxil olub. 1949-1954-cü illərdə onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib, lakin səhhəti ilə əlaqədar olaraq geri qayıdıb universitetdə təhsilini davam etdirib.1953-1955-ci illərdə “Kommunist”qəzeti redaksiyasında ədəbi işçi, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri vəzifələrində çalışıb.

Moskva Ali Ədəbiyyat kursunun dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləyib, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olub, Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik edib.

1978-ci ilin mayından ömrünün sonunadək “Yazıçı” nəşriyyatında baş redaktor kimi çalışmışdır.

Əliağa Kürçaylı 1980-ci fevral ayının 11-də vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm