Nəriman Nərimanovun 145 illik yubileyi qeyd olunacaq
Bizi izləyin

Tabloid.az

Nəriman Nərimanovun 145 illik yubileyi qeyd olunacaq

Aprelin 14-də görkəmli yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovun 145 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Nəriman Nərimanovun xatirə ev-muzeyində keçiriləcək tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edəcək.

Ədibin ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. N.Nərimanovun ömür yolundan, ictimai-siyasi fəaliyyətindən, ədəbi-bədii əsərlərindən söhbət açılacaq.

N.Nərimanov dövlət xadimi olmaqla yanaşı, həm də bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb, ilk qiraətxananı da o, açıb. Ədəbiyyatçı kimi “Bahadır və Sona” əsəri ilə milli roman janrının, “Nadir şah”la isə ilk tarixi faciənin əsasını qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm