Londonda Azərbaycan musiqisi konserti olacaq
Bizi izləyin

Tabloid.az

Londonda Azərbaycan musiqisi konserti olacaq

Londonda Azərbaycan musiqisi konserti olacaq

Martın 7-də Londonda Vestminstern Sarayının Mərkəzi zalında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun müşaiəti ilə Kral Filarmoniya Orkestrinin ifasında Azərbaycan musiqisi konserti olacaq.

“Xəzər dəhlizi” mövzusunda konfrans çərçivəsində konserti Azərbaycan Beynəlxalq Bankı və “Buta” İncəsənət Mərkəzi təşkil etmişdir. Bu barədə Beynəlxalq Bankın mətbuat xidmətindən bildirmişlər.

Proqramda Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Nazim Əliverdibəyovun əsərləri səslənəcəkdir.

Konsertdə Azərbaycanın əməkdar artisti Yeganə Axundova, Natəvan Quliyeva, Afaq Abbasova iştirak edəcəklər.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm