Ebru və Sinan ayrılığa 20 gün dözə bildilər
Bizi izləyin

Tabloid.az

Ebru və Sinan ayrılığa 20 gün dözə bildilər

Ötən ay ayrıldıqlarını açıqlayan məşhur aparıcı və model Ebru Şallı ilə müğənni Sinan Akçıl yenidən bir araya gəlib.

Görüşüb birlikdə İtaliyan restoranında yemək yeyən cütlük münasibətləriylə bağlı problemləri həll etməyə çalışıblar. Deyilənə görə, Ebrunu geri qaytarmaq istəyən Sinan Akçıl ondan bir şans daha istəyib.

Ebru Şallı isə barışmaq haqda düşündüyünü açıqlayıb:

“Birlikdə yemək yedik və söhbət etdik. Onsuz da arada görüşüb danışırıq. Sinan barışmaq istəyir, amma mən əmin deyiləm. Fikirləşib qərar verməliyəm. Ona görə də Sinandan vaxt istəmişəm”.

Xatırladaq ki, cütlüyün ayrılmasına Sinan Akçılın müğənni Ayşə Özdemirlə görüşməsi səbəb olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm