Diva özünə qəbir axtarışına başladı
Bizi izləyin

Tabloid.az

Diva özünə qəbir axtarışına başladı

Türk sənət musiqisinin ən güclü səslərindən olan Bülənt Ərsoy özünə məzar axtarışına başlayıb.

Diva öləndən sonra dəfn olunmaq üçün məşhurların və ailə üzvlərinin dəfn edildiyi Ulus məzarlığında qəbir almaq istəyib.

Bunun üçün məzarlığın müdirinə zəng edib. Lakin diva gözləmədiyi cavabla qarşılaşıb. Qəbristanlığa 11 il rəhbərlik edən Adem Avcının "Allah gecindən versin. Öləndən sonra mütləq şəkildə dəfn ediləək yer tapılar. Sizi ortada qoymarıq" sözləri ilə çaşıb.

Eşitdikləri qarşısında təccüblənən Ersoy "kübarların məzarlığı" kimi tanınan ərazidən yer almaq fikrindən daşınıb.

"Dinimizə görə də məzarın dəbdəbəli olmaması lazımdır. O gün gəldiyində əlbət bizə də bir yer tapılar. Adəm müəllim bu yaşımızda bizə dərs verdi". (ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm